PELAGİAL ÇÖKÜNTÜLƏR

(yun. Pelagos – açıq dəniz) – okeanın materik yamacının və dibinin çöküntüləridir. P.ç. plankton orqanizmləri qalıqlarından, ən xırda terrigen hissəciklərdən, vulkan külündən, eol və kosmik tozdan, qlobigerin, diatom, radiolyari lilindən və qırmızı dərin su gilindən ibarətdir.
PAYIZ
PELOGEN QAT
OBASTAN VİKİ
Pelagial çöküntülər
Pelagial
Çöküntülər
Çöküntülər (coğrafiya)
Pelagial orqanizmlər
Abissal çöküntülər
Abissal çöküntülər — dərin dəniz çöküntüləri, abissal zonada 3–4 km-dən çox dərinlikdə müasir və qədim dəniz və okean çöküntüləri. Əsasən karbonatlı və silisli lillər, dərin sulu qırmızı gil daxildir. "Abissal çöküntülər" anlayışı ilk dəfə 1907-ci ildə Almaniya tədqiqatçısı Otto Krümmel tərəfindən təqdim edilmişdir. Onlar müxtəlif mikroorqanizmlərdən və heyvan qalıqlarından (orqanogen çöküntülər), vulkan püskürmələrindən, süxurlardan və minerallardan əmələ gəlir. Abissal çöküntülər okeanın dibinin təxminən 90%-ni əhatə edir.
Allüvial çöküntülər
Flüvioqlyasial çöküntülər
Hemipelagik çöküntülər
Hemipelagik çöküntülər - dərin dənizlərdə və okeanın orta dərinliklərində əmələ gəlir və qitə yamacının aşağı hissəsini və qitə ətəyini əhatə edir (Dietz and Holand, 1966); çöküntütoplanmanın üst sərhədi təxminən 2000m izobatı üzrə, alt sərhədi isə 4000–5000 m dərinlikdə, yəni karbonattoplanmanın "böhran" dərinliyindən keçir. Bu dərinliklərdən aşağıda plankton foraminifer qabıqları soyuq suda həll olunduğundan karbonat çöküntülər əmələ gəlmir, yuxarıda isə biogen mənşəli alevritli və qumlu karbonat fraksiyası zəngin olur. == Həmçinin bax == Dəniz Okean Qitə Karbonat çöküntüləri == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Hemogen çöküntülər
Korrelyat çöküntülər
Korrelyat çöküntülər (rus. коррелятные отложения, ing. correlative sediments) — dağların parçalanması hesabına onların ətəyində toplanan çöküntülər, skulptur relyeflə bir vaxtda yaranır. Adətən K. ç. parçalanma mənbəyinə yaxın sahələrdə kobud çöküntülərin toplanması, nisbətən xırda dənələrin daha uzaqlara aparılması ilə əlaqədar zonal quruluşa malik olur. K. ç. görə skulptur relyefin yaşı və inkişaf tarixi təyin edilir.
Nerit çöküntülər
Periqlyasial çöküntülər
Periqlyasial çöküntülər — (yun.peri-yaxınlıqda və lat. glacies-buz) Keçmiş və müasir buzlaqların ucqarlarında əriyən sulardan çökən çöküntülərə və onların əmələ gətirdiyi relyef formalarına deyilir.
Piroklastik çöküntülər
Piroklastik çöküntülər — əsasən daşınma və çökmə proseslərində köklü dəyişmələrə (çeşidlənmə, yuvarlaqlaşma) uğramamış piroklastik materialdan (vulkan külü, lapilli, vulkan bombası) ibarət olan vulkanogen qırıntılı çöküntülər. Püskürmə ocaqlarının yaxınlığında həm quruda, həm də su hövzələrində rast gəlinir. Vulkan külü Lapilli Vulkan bombası Çöküntülər Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Terrigen çöküntülər
Terrigen çöküntülər-(lat.terra-quru, yer) Dənizlərin və okeanların materik dayazlığında çökən qırıntı çöküntülərinə deyilir. Terrigen çöküntülər həm kontinental həm də dəniz mənşəli olub,qum,gil və lildən ibarətdir.
Çöküntülər(coğrafiya)
Çöküntülər (coğrafiya)
Çöküntülər (geologiya)
Çöküntülər (geoloji) — fiziki, kimyəvi və bioloji proseslər nəticəsində çökən, hələ sonrakı dəyişilmələrə məruz qalmamış və müasir çöküntü toplanma zonasının səthində yatan məhsullar (qum, lil, sapropel) Subakval çöküntülərdən başqa bunlara küləyin, buzun və başqa amillərin fəaliyyəti və aşınma prosesləri nəticəsində bilavasitə qurunun səthində toplanan məhsullar da aiddir. Dəyişilməyə məruz qalmamış, lakin qədim çöküntü qatlarının tərkibində olan çöküntülərə (məsələn, qumlar, gillər) süxur kimi baxılmalıdır. Süxurları (o cümlədən sementləşməmiş süxurlar) "çöküntü" adlandırmaq olmaz. Qədim çöküntü süxurlar arasında bir sıra çöküntü analoqları məlumdur. Bu isə müasir çöküntülərə aid olan məlumatlardan litoloji və fatsial tədqiqatlar üçün müqayisəli şəkildə istifadə etməyə əsas verir. Çöküntülərin sıxlaşması — diagenez və katagenezdə çöküntülərin qalınlığının azalması. Çöküntülərin sıxlaşması prosesi çöküntülərin həcm çəkisinin artması ilə müşayiət olunur. Gilli, gilli-alevritli və qumlu-gilli çöküntülərin sıxlaşma qabiliyyəti daha yüksəkdir və molluska qabıqlarının və lilyeyənlərin hərəkət izlərinin basılıb yastılaşması və sıxlaşması kimi əlamətlərə görə asanlıqla aşkar edilir. Silisiumlu çöküntülərin sıxlaşması sinerezis nəticəsində yaranır və bu da bəzən çöküntülərdə olan iri qabıqların deformasiyaya uğramasına səbəb olur. Karbonat süxurlarda, yenidən kristallaşma ilə müşayiət edilən sürətli daşlaşma prosesi getdiyinə görə sıxlaşma qabiliyyəti ən aşağı olur.
Çöküntülər (geoloji)